Sankt-Peterburqda Pulkovo hava limanı partlayıcı qurğunun quraşdırılması haqqında məlumat daxil olduqdan sonra yoxlanılır.
Bu barədə "Report" "Fontanka.ru"ya istinadən xəbər verir.
Qeyd olunub ki, hava limanı mühasirəyə alınıb. Sərnişinlər və əməkdaşlar təxliyə olunub.
Hazırda Pulkovo hava limanının ərazisi yoxlanılır.