Nazirlər Kabineti “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qərar baş nazir Artur-Rasi-zadə tərəfindən imzalanıb.
Qərar “Vətəndaşların müraciətləri haqqında” qanunun tətbiqi barədə” Azərbaycan prezidentinin 672 nömrəli fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısı:
Publik hüquqi şəxslər.
İctimai birliklər və fondlar.
Dini qurumlar.
Kredit təşkilatları.
Sığorta şirkətləri.
İnvestisiya fondları.
Qeyri-dövlət (özəl) sosial fondlar.
Qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər.
Kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər.
Telekommunikasiya xidməti göstərən müəssisələr.
Poçt müəssisələri.
Müntəzəm sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat müəssisələri.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri”nə cavab verən hüquqi şəxslər.
Qeyd. Bu Siyahıda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.