Türkiyə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə 9 artilleriya zərbəsi endirib.
Bu barədə ölkənin silahlı qüvvələrinə istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Zərbələr "Fərat qalxanı" əməliyyatı çərçivəsində hücum qaubitsalarından endirilib. Bundan əlavə, İŞİD-in nəzarətində olan 7 kənd Türkiyənin müttəfiqi "Azad Suriya Ordusu" qruplaşması tərəfindən azad edilib.