Suriya ordusu və könüllülər dəstəsi Hələbin şərqində İŞİD terror qruplaşması üzvlərinin hücumunu dəf ediblər.
Bu barədə SANA informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, yaraqlılar Deyr-Hafer rayonunda yay məktəbini ələ keçirmək istəyiblər.
"30-dan çox terrorçu zərərsizləşdirilib, 1 tank və üzərində pulemyot olan 5 yolsuzluq avtomobili məhv edilib", - deyə agentliyin hərbi məlumatında bildirilir.