Nazirlər Kabineti “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Dəyişikliklərə görə, idman mərc oyununu udan şəxsin yazılı razılığı olmadan onun adı reklamda açıqlana bilməz.
Digər dəyişiklikdə bildirilir ki, 3.6-cı bəndə “üzərində” sözündən sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq” sözləri əlavə edilsin.