Nazirlər Kabinetinin 2006-cı il tarixli “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilib. Bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Qərara görə, qaydalara aşağıdakı məzmunda 18-ci hissə əlavə edilib:
“18. Kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır”.