Səhər saatlarında Bağdaddakı doğum evlərindən birində güclü yanğın baş verib."Report" "Reuters"ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 11 körpə həlak olub.
İlkin ehtimala görə, yanğın elektrik naqilindəki nasazlıqdan baş verib.
29 qadın və 7 körpə başqa xəstəxanaya təxliyə edilib.