Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Sankt-Peterburqda keçirilən görüş başa çatıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş 2 saat davam edib.
İki ölkə rəhbərlərinin görüşündən sonra tərəflər geniş tərkibdə ikitərəfli əməkdaşlığı müzakirə etməyə başlayıblar.
*** 15:13
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, liderlər Sankt-Peterburqun Strelne rayonunda Konstantinov sarayının ikinci mərtəbəsindəki "Yunan" zalında görüşüblər.
İnformasiyaya əsasən, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Admistrasiyası baş katibinin müavini İbrahim Kalın və tərcüməçşi, Rusiya tərəfdən isə ölkənin xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və tərcüməçi Gülnarə Ziqanişina iştirak edir.
Görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin birgə mətbuat konfransı keçirəcəklər. Bu, tədbirin ardınca liderlər iş adamları ilə görüşəcəklər.
Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür.