Ukrayna "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün dövlət büdcəsindən 15 milyon dollar ayıracaq.
Bu barədə "Report" Ukrayna hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bundan əlavə, Avropa Yayımları Birliyinə ayrılacaq vəsaitin məbləği razılaşdırılıb.
Ukrayna hökuməti bu il iyulun sonlarında Avropa Yayım Birliyinə "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi ilə bağlı zəmanət qismində 15 milyon avro məbləğində pul ödəyib.
Qeyd edək ki, "Eurovision-2017" müsabiqəsinin keçiriləcəyi şəhərin adı hələ açıqlanmayıb.