İstanbul məhkəməsi Fətullah Gülənin həbs edilməsi barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.F.Gülən Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.