2016-cı il iyulun 29-da Ermənistan polisi dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiq edib, hətta vəzifə borclarını yerinə yetirən jurnalistlərə hücum ediblər.Trend-in məlumatına görə, bu barədə insan haqları üzrə "Human Rights Watch" təşkilatının yaydığı bəyanatda qeyd olunub.Təşkilat bəyanatında vurğulayır ki, polis nümayişçilərə qarşı səs qumbaralarından istifadə edib ki, nəticədə onlarla dinc nümayişçi, eləcə də jurnalistlər yaralanıb.
Təşkilat nümayəndələri Yerevan xəstəxanalarında yaralılarla görüşdüklərini bildiriblər. Onlardan birinin kəsik yaraları və birinci və ikinci dərəcəli yanıq xəsarətləri aldıqları qeyd olunur.