Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın görüşü barədə heç bir məlumat yoxdur.Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.Daha öncə ABŞ Konqresinin nümayəndələr palatasının üzvü Cim Kosta erməni KİV-lərinə müsahibəsində belə bir görüşün planlaşdırılması barədə məlumat vermişdi.