Türkiyənin paytaxtı Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasında Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində əməliyyat keçirilir.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərbi tibb müəssisəsində çalışan 100 nəfər barəsində həbs qərarı verilib.
Onların arasında həkimlər və məmurlar da var.