İstanbulda Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 250 hakim və prokuror barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, həmin şəxslər terror təşkilatına üzv olmaqda günahlandırılır.
Məlumata görə, hazırda axtarışda olan daha 51 hakim və prokurorun saxlanılması barədə qərar çıxarılıb.