Bu gündən OPEC-in baş katibi vəzifəsinə Nigeriya nümayəndəsi Məhəmməd Barkindo keçib."Report" TASS-a istinadən xəbər verir ki, o, 2007-ci ildən bu vəzifədə olan liviyalı Abdulla Salem el-Badrini əvəzləyib.M.Barkindo bu il iyunun 2-də OPEC-in 169-cu sessiyasında təşkilatın baş katibi vəzifəsinə seçilib.
M.Barkindo 1959-cu ildə Nigeriyada doğulub. O, 1986-ci ildə Nigeriyanın OPEC-dəki nümayəndə heyətinin tərkibinə qatılıb, 1993-2008-ci illərdə Nigeriyanın OPEC-də nümayəndəsi olub. M.Barkindo eyni zamanda, OPEC-in İqtisadi Komissiyasında çalışıb. O, 2006-2007-ci illərdə OPEC baş katibinin vəzifələrini icra edib.
OPEC-lə paralel olaraq, M.Barkindo 1993-cü ildən Nigeriya Milli Neft Koroprasiyasında (Nigerian National Petroleum Corporation) çalışıb və 2009-2010-cu illərdə bu şirkətə rəhbərlik edib.