Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Mi-8" helikopteri vurulub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi helikopterin vurulması xəbərini təsdiqləyib.
Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır.
"Twitter" sosial şəbəkəsində hadisə yerindən fotoşəkillər dərc olunub. Həmin fotolarda ekipaj üzvlərinin yanmış cəsədləri görünür.