İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib. İmişli Fövqəladə Hallar Komissiyasından APA-ya verilən məlumata görə, İmişli ərazisində baş verənzəlzələ zamanı ciddi fəsadlar qeydə alınmayıb. Bəzi köhnə tikililərin divarlarında çatlar əmələ gəldiyi haqqında vətəndaşlardan komissiyaya müraciətlər daxil olub. Dağıntılar barədə müraciət daxil olmayıb. Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, bu gün İmişli rayonunda iki dəfə yeraltı təkanlar qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqladığı məlumata görə, ilk təkan yerli vaxtla saat 08.49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
Növbəti zəlzələ isə yerli vaxtla 08:49:49-da İmişli rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.9, dərinliyi 22 km olub.