​İraqda terror: 6 nəfər ölüb, 15 nəfər yaralanıb

08:48 - 31 İyul 2016 - DÜNYA

 İraqın paytaxtı Bağdad şəhərində bir neçə terror hadisəsi baş verib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın mərkəzi ərazilərindən olan Allavidə avtomobillərdən birində quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.Digər terror hadisəsi isə Atıfiyyə adlanan ərazidə baş verib. Kafe yaxınlığında baş vermiş bomba partlayışı nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Üçüncü terror hadisəsi paytaxtın cənubundakı Atıfiyyədə baş verib. Kafelərdən birinin yaxınlığındakı bazarda baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Yerli mətbuatın yazdığına görə, Bağdadın şərqində odlu silahdan açılmış atəşlə öldürülmüş qadının cəsədi tapılıb. Onun kim tərəfindən qətlə yetirilməsi məlum deyil.  

Xəbər xətti