Yaxın vaxtlarda Rusiya istehsalı olan köhnə avtomobillərin Bakıda taksi kimi istifadəsinə qadağa qoyulacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Yeni konsepsiyada taksi fəaliyyətində istifadə ediləcək maşınlara il məhdudiyyətinin qoyulacağı gözlənilir. Hələlik başlanğıc olaraq hansı ilin götürüləcəyi açıqlanmır və dəqiqləşdirmə aparılır.
Sürücülər də təhlükəsizlik və komfort baxımından məhz müasir avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasını məqsədəuyğun hesab edirlər. Yeni nəqliyyat konsepsiyası sentyabr-oktyabr aylarında təqdim ediləcək. Taksi fəaliyyəti ilə kimlərin məşğul olacağı da məhz təqdimatdan sonra bilinəcək.