"Bu günədək Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 18 044 nəfər saxlanılıb". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib.
Onun sözlərinə görə, həmin şübhəlilərdən 9 677 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.
Nazir həmçinin hazırda 49 211 nəfər ölkə vətəndaşının pasportunun ləğv edildiyini də söyləyib.