Türkiyədə son günlərdə ümumilikdə 66 036 nəfər vəzifəsindən kənarlaşdırılıb."Report" "Milliyet"ə istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində işlərindən uzaqlaşdırılıblar.
Məlumata görə, Milli Təhsil Nazirliyində 42 767, Daxili İşlər Nazirliyində 8 777, Səhiyyə Nazirliyinə 5 841, Əmək və Sosial Müdafiə Nazirliyində 1 180, Maliyyə Nazirliyində 1 500, Ərzaq, Kənd təsərrüfatı və Heyvandarlıq Nazirliyində 673, Ailə və Sosial Siyasət Nazirliyində 599, Elm, Sənaye və Texnologiya Nazirliyində 560, Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyində 529, Enerji və Təbii Ehtiyatlar Nazirliyində 300, Gənclər və İdman Nazirliyində 265, Milli Müdafiə Nazirliyində 262, Meşə və Su Təsərrüfatı Nazirliyində 221, Gömrük və Ticarət Nazirliyində 184, Ətraf Mühit və Şəhərsalma Nazirliyində 167, Mədəniyyət və Turizm Nazirliyində 110, Türkiyə Xarici İşlər Nazirliyində 88, İnkişaf Nazirliyində 82 və İqtisadiyyat Nazirliyində 15 nəfər vəzifəsindən kənarlaşdırılıb.
Bundan başqa, Nazirlər Kabinetində 257, Nazirlər Kabineti yanında Dini İşlər İdarəsində 1 112, Bankların Fəaliyyətinə Nəzarət Təşkilatında (BDDK) 86, Enerji Bazarına Nəzarət Təşkilatında (EPDK) 25, İstanbul birjasında (BIST) 51, İnvestisiya Bazarı Təşkilatında (SPK) 36, Radio və Televiziya Şurasında (RTÜK) 29, Ankara Universitetində 4, Bülənt Ecevit Universitetində 31, TÜRKSAT-da 29, Mənzil İnşaatı İdarəsində (TOKİ) 22, TRT-də 300, Statistika İdarəsində (TÜİK) 21, Hesablama Palatasında (Sayıştay) 108, Xəzinə müşavirliyində 62 nəfər işindən uzaqlaşdırılıb.