Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Qarabağda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi məsələsi üzrə razılığa gəliblər.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.Onun sözlərinə görə, hər tərəfdən yüksək vəzifəli rəsmi şəxslərin cəlb edilməsi ilə münaqişənin nizamlanması üzrə geniş danışıqların davam etdirilməsi planlaşdırılır.