Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tuncay Babalıdır.
Digəri isə Türkiyənin UNESCO yanında daimi nümayəndəsi olmuş səfir Gürcan Balıkdır. Bu şəxs eyni zamanda vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun müşaviri vəzifələrində də çalışıb.
Hazırda onların hər ikisi Türkiyə Xarici İşlər Nazirliyində çalışırdı.