Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Qriqori Karasin arasında bu gün telefon danışığı olub. "Report" Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı Bakıda keçiriləcək Azərbaycan-Rusiya-İran formatında prezidentlər səviyyəsində görüşə hazırlıq işləri, həmçinin ikitərəfli əlaqələrin bəzi aspektləri müzakirə edilib.