"Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 9 194 nəfər saxlanılıb". "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib. Hökumət sözçüsü deyib ki, məhkəmənin qərarı ilə 2 592 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
N.Kurtulmuş vurğulayıb ki, 2 277 hakim və prokuror saxlanılıb: Onlardan 1 270-i barəsində həbs qətimkan tədbiri seçilib, 730 nəfər hələlik müvəqqəti saxlanma məntəqəsindədir. Bundan başqa, 6 823 hərbçi saxlanılıb. Onlardan 1 457-si barəsində həbs qətimkan tədbiri seçilib, 246 nəfəri polis nəzarətnə verilib, 87-si sərbəst buraxılıb".