Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası başlayıb.Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, iclasda hərbi çevrilişə cəhddən sonra Türkiyədəki vəziyyət müzakirə ediləcək.Ardından Nazirlər Kabinetinin iclası keçiriləcək. İclasda qiyamçıların aşkar edilməsi və onlarla mübarizə ilə bağlı vacib qərarların qəbul edilməsi gözlənilir.
İclas iştirakçıları, həmçinin Türkiyədə edam cəzasının bərpa edilməsi məsələsini müzakirə edəcəklər.