İyulun 19-da Şamaxıda 3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 15:41-də Pirquludan 5 kilometr cənub-şərqdə, Şamaxı rayonu ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.