Türkiyə Milli İstihbarat Təşkilatında (MİT) iyulun 15-də hərbi çevriliş cəhdi ilə bağlı əməliyyat başlayıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qurumun 100-ə yaxın əməkdaşı işdən çıxarılıb. Həmin şəxslərin MİT-in ehtiyatda olan işçiləri olduğu bildirilir.