“Türkiyədə edam cəzasının bərpasına dəstək verməyə hazırıq”.“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.
“Edam tələbi çox tez-tez səsləndirilir. Əgər Ədalət və İnkişaf Partiyası (AKP) buna hazırdırsa, biz də bu məsələdə varıq. Bu məsələnin reallaşmasını könül istəyi ilə yerinə yetirərik”, - deyə D.Bağçalı vurğulayıb.
MHP sədri deyib ki, Türkiyə Cümhuriyyəti okeanın o tayından bombardmana məruz qalıb: "Ona görə də ABŞ bu terror təşkilatının başçısını Türkiyəyə dərhal təslim etməlidir".