Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Referendum layihəyəsində təklif edilən dəyişikliklərdə parlament seçkilərində namizədlərə tətbiq edilən 25 yaş məhdudiyyətinin aradan qaldırılması da nəzərdə tutulur: “85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin”.
Qeyd edək ki, ölkədə seçkilərdə iştirak etmək hüququna 18 yaşı tamam olan şəxslər malikdirlər.