Son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları nisbətən artıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Raif Nağıyev APA-ya deyib ki, iyulun 15-dək 5 günvurma hadisəsi qeydə alınıb. Həmin şəxslərdən 1 nəfər xəstəxanaya yerləşdiirlib: "Ayın 15-dən indiyədək isə 5 günvurma halı baş verib".
R.Nağıyev əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqyaisədə günvurma halları azdır. Ötən il iyulun ortalarınadək 20-30 günvurma qeydə alınıb.