Ermənistanda kütləvi həbslər: 200 nəfər saxlanıldı

11:10 - 18 İyul 2016 - DÜNYA

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda onlardan 50-si sərbəst buraxılıb.

 

Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

 

Xatırladaq ki, iyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən  silahlı şəxslər 7 nəfəri girov saxlayır.

 
 

Xəbər xətti