Çinin Futsyan əyalətində dağıdıcı “Nepartak” qasırğası nəticəsində ölənlərin sayı 83-ə çatıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, daha 19 nəfər itkin düşmüş hesab edilir.
Ümumilikdə, “Nepartak” qasırğasından 650 min nəfər zərər çəkib. 500 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
İlkin hesablamalara görə, ölkəyə 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.