Şənbə günü gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.
Nəticədə 90 nəfər ölüb, 1563 nəfər həbs edilib. 5-i general, 29-u polkovnik olmaqla 34 nəfər vəzifəsindən uzaqlaşdırılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəzarətə alınanlar arasında Jandarma Məktəblər komandiri general Sadiq Koroğlu, Ordu Hərəkat Qərargah rəisi general Əkrəm Çağlar, Hatay'dakI 39-cu Mexanik Piyada Briqada və Qarnizon Komandiri general-leytenantHəsən Polad və 58-ci Topçu Briqada Komandiri, general-leytenant Murat Aygün də var.
Milli.Az vəzifəli şəxslərin həbs edilmə anından görüntüləri təqdim edir: