Türkiyədəki hadisələr ordu və cəmiyyət arasındakı güclü fikir ayrılığından xəbər verir.
Ucnoqta.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya baş naziri Dmitri Medvedyev söyləyib.
Onun sözlərinə görə, Türkiyədəki hadisələri analiz etmək lazımdır. Medvedyev Moskvanın rusiyalılar və rus şirkətlərinin maraqlarının Türkiyədə müdafiəsi üçün addım atmalı olduğunu bildirib.