Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan 1966-cı il təvəllüdlü Xanım İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, Bakı şəhər sakini X.İsmayılova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
X.İsmayılovanın bir qrup şəxslə əlbir olaraq Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin İstanbul şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Xanım İsmayılova 9 il müddətinə azadlıqdan məhrum edilib.