11-12 iyul 2016-cı il tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasına işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Sergey Lavrovun 12 iyul 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.