Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub. Kəpəz TV-nin xəbərinə görə, nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur. Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalışıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edir.
Ağstafa rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.