Bakıda restoranda asayişi pozanlar tutuldu

14:42 - 11 İyul 2016 - Xəbər

Bakıda ictimai asayişi pozmuş iki şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, iyulun 9-da Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozmuş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PB-yə təhvil verilib.
Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən L. İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

Xəbər xətti