Gənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri Heydər Əliyev parkı) keçiriləcək.
Qəbula gəlmək istəyənlər rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.