NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və güc tətbiqindən çəkinməyə, bu barədə Varşava sammitindəki yekun kommünikedə xatırlatmağa çağırıb.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti ərəfəsində jurnalistlərə deyib.
O bildirib: "Kommünikemizdə, həmçinin Dağlıq Qarabağ münaqişəsini xatırlayacağımızı gözləyirəm. Biz hər iki tərəfi gərginliyi azaltmağa, güc tətbiqindən çəkinməyə, süllh və danışıqlara əsaslanmış həll yollarını tapmağa çalışmağa davam etməyə çağırırıq".