Azərbaycanlı iş adamı evində asılmış vəziyyətdə tapıldı

17:33 - 5 İyul 2016 - Müsahibə

Rusiyanın Saratov şəhərində azərbaycanlı iş adamı, Azərbaycanın vilayət üzrə diaspor fəalının qardaşının meyiti tapılıb.Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.
İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.
Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.

Xəbər xətti