Rusiyaya məxsus təyyarə yoxa çıxıb

11:32 - 1 İyul 2016 - Xəbər

 İrkutsk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus "İl-76" təyyarəsi ilə əlaqə kəsilib."Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, meşə yanğının söndürülməsində iştirak edən təyyarə ilə əlaqə yaradıla bilinməməsini Rusiya FHN-dən də təsdiq ediblər.İlkin məlumatlara görə, təyyarə sıx duman olan ərazidə uçuş həyata keçirib. Pilotlar Bakı vaxtı ilə 07:30-da əlaqəyə girməli olsa da, bu, baş verməyib.

"Yoxa çıxan" təyyarənin göyərtəsində təxminən 10 nəfər ola bilər. Onların hamısı ekipaj üzvləridir.
Hazırda təyyarənin axtarışı həyata keçirilir.
Qeyd edək ki, 1974-cü ildən silahlanmaya qəbul edilmiş "İl-76" Rusiyada ən çox istifadə olunan ağır hərbi-nəqliyyat təyyarəsi hesab edilir.

Xəbər xətti