Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə Azərbaycana səfərə gələcək."Report" xəbər verir ki, bu barədə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
"İyulun 4-də Sergey Lavrov Yerevana səfər edəcək. Sonra o, Bakıya gələcək. Çox güman, bundan sonra prezidentlərin görüşü təşkil ediləcək", - deyə, XİN başçısı bildirib.