Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasında təkbətək görüş keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında əlaqələrin inkişaf perspektivlərini, iqtisadi məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Xatırladaq ki, Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfər çərçivəsində iyunun 29-da Ermənistana səfər edib. Azərbaycana səfərdən sonra Almaniya XİN başçısı Gürcüstana yollanacaq.trend