Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır.Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimin danışıqlar prosesinə qoşulması barədə bəzi xarici ölkə rəsmilərinin açıqlamalarını şərh edərkən bildirib.
H.Hacıyev vurğulayıb: "Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. ATƏT sənədlərində də qeyd olunduğu kimi, münaqişədə maraqlı tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları bərabər hüquqa malikdir".