Təhsil Nazirliyi bu il 1-ci sinfə gedəcək şagirdlərin kurikulumla təhsil almayacağı, bu sistemin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan həmin məlumatların heç bir əsası yoxdur.Vurğulanıb ki, 1-ci sinfə gedəcək şagirdlər ötən illərdə olduğu kimi yenə də kurikulumla təhsil alacaqlar.
Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası" (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 - cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.