Sabiq səhiyyə naziri Əli İnsanova yeni ittiham irəli sürülüb. Bu barədə Lent.az-a vəkil Namizəd Səfərov məlumat verib. Vəkil bildirib ki, Əli İnsanov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) ittiham olunur.
Əli İnsanov 2005-ci ilin oktyabr ayında tutulub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli İnsanov əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəzasının müddəti bir neçə ay sonra bitir.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 315-ci maddəsi 3 ilədək həbs nəzərdə tutulur.