Bu gun Almaniyanin paytaxtı Berlin şəhərində Azərbaycan-Almaniya biznes forumu öz işinə başlayıb.Trend-in məlumatına görə, forumu giriş sözü ilə açan Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel forumun baş tutmasından məmnunluq duydugunu bildirib.Almaniyanın Azərbaycanda coxlu sayda şirkətlərlə təmsil olunduğunu bildirən nazir xüsusilə "Siemens" şirkətinin Azərbaycanda fəaliyyətini qeyd edib: "Bizim şirkətlər əsasən enerji sahəsində, eləcə də, ixrac və maşınqayırma sahəsində əməkdaşlıq edirlər".