İyulun 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 1 qumbaraatan mərmisi və 8 tüfəng aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.